Mourinyo İngiltərəyə dönmək istəyir
28 Yanvar 2011 16:49
Milli.Az xəbər portalının Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, vaxtilə "Çelsi" ilə müxtəlif uğurlara imza atmış Mourinyo mövsümün sonunda "Real"dan ayrılaraq yenidən İngiltərəyə dönə biləcəyini söyləyib.
"İngiltərəyə dönmək və futboldan zövq almaq istəyirəm. Hələ ki konkret variantlarım yoxdur. Fərqi yoxdur hansı klubu çalışdıracağam - "Çelsi", "Mançester Siti" və ya "Mançester Yunayted". Sadəcə, ən baxımlı və ən təmiz çempionata dönmək istəyirəm", - deyə portuqaliyalı mütəxəssis qeyd edib.
Milli.Az