AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti bərpa olundu
28 Yanvar 2011 13:40
APA-nın məlumatına görə, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa Komitənin yeni sədri seçilib. Ermənistan isə Alt Komitənin yaranmasının əleyhinə səs verib. Bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib. O, qeyd edib ki, Alt Komitənin tərkibində AŞPA Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri, iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri təmsil olunacaq.
Dağlıq Qarabağ üzrə Alt Komitənin sədrinin regiona səfərinə gəlincə, Səməd Seyidov bu məsələnin AŞPA-nın aprel sessiyasında müzakirə ediləcəyini bildirib.
Milli.Az