"Xəzər Lənkəran" futbolçularını istirahətə buraxdı
22 Fevral 2010 18:34
Fanat.az xəbər verir ki, fevralın 24-də Bakıda yenidən bir araya gələcək komanda paytaxtda qısamüddətli təlim-məşq toplanışı keçirəcək. Məşqçilər korpusu futbolçulardan test normativləri götürəcək və hazırlıq planı məhz bu göstəricilərə uyğun şəkildə tərtib olunacaq.
Toplanış çərçivəsində "Xəzər Lənkəran"ın məşqləri İdaman Akademiyasının stadionunda keçiriləcək. Bu dövr ərzində iki yoxlama oyunu keçirməyi planlaşdıran cənub təmsilçisinin "Standard" və "Olimpik-Şüvəlan"la qarşılaşacağı gözlənilir.
Milli.Az