Milli.Az BBC-yə istinadən bildirir ki, Larisa Dadayeva məhkəməyə şikayətində Avropa İnsan Hüquqları Konvensiyasında yaşamaq haqqını nəzərdə tutan 2-ci bəndin pozulduğunu bildirib.
Rusiya mətbuatının məlumatına görə iddiaçı hazırda Belçikada yaşayır.
Larisa Dadayeva əri və qardaşının qaçırılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 2001-ci ildə müraciət edib. Şikayətə əsasən ailə üzvləri evdən hüquq-mühafizəçiləri tərəfindən aparılan kişilər barədə indiyədək xəbər tuta bilməyiblər.
Məhkəmə "Dadayeva Rusiyaya qarşı" iş üzrə hökmü yanvar ayında çıxarıb.
Zaur Dadayev martın 5-də həbs edilib. Onunla yanaşı Boris Nemtsovun qətli ilə bağlı daha 4 adam saxlanılıb.
Milli.Az