İndoneziyada bərə yandı, 2 qatar toqquşdu: ölənlər var
28 Yanvar 2011 13:16
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Yava adasının qərb sahilində bərə yanıb. Bir qədər sonra adada 2 qatar toqquşub.
Bərənin yanması nəticəsində 17 nəfər həlak olub. Daha 30 nəfər ağır yanıq xəsarətləri ilə xəstənaxaya yerləşdirilib. Ölənlərin sayının artma ehtimalı yüksəkdir.
Dəmir yolu qəzasında isə 5 nəfər həlak olub, onlarla yaralı var.
Qəzaların səbəbləri araşdırılır.
Milli.Az