"Real" Ançelottiyə 4 milyon avro ödəyəcək

27 May 2015 09:44

Madrid "Real"ı yollarını ayırdığı baş məşqçisi Karlo Ançelottiyə kompensasiya ödəyəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

İtaliyalı mütəxəssisinin "Real"la 2016-cı ilə qədər müqaviləsi olduğundan İspaniya klubu onun yarım illik qazancını ödəməli olacaq. Bu isə o deməkdir ki, 55 yaşlı baş məşqçiyə dörd milyon avro ödəniləcək.

Milli.Az