Sarayda 25 yaşlı gənc evində boğuldu

28 Yanvar 2011 10:48
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, bədbəxt hadisə yanvarın 28-nə keçən gecə Saray qəsəbəsində baş verib. Qəsəbə sakini 25 yaşlı Ramin Əliyev yaşadığı evdə dəm qazından boğulub.
Onun ailə üzvləri huşsuz vəziyyətdə aşkar ediblər. Faktla bağlı araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az