Abşeron yarımadasında zəlzələ olub
28 Yanvar 2011 10:02
Milli.Az xəbər portalı AMEA Seysmoloji Xidmət Mərkəzinin internet saytına istinadən xəbər verir ki, yeraltı təkanlar Qobu rayonundan 19 kilometr cənubda qeydə alınıb. Rixter şkalası üzrə 3 bal gücündə zəlzələnin ocağı 41 kilometr dərinlikdə olub. Yeraltı təkanlar hiss olunmayıb.
Milli.Az