Məşhur aktyorun anası öldü - FOTO

25 May 2015 17:56

Tanınmış amerikalı aktyor, Hollivud ulduzu Ben Stillerin anası, 85 yaşlı aktrisa Enn Mira vəfat edib.

Milli.Az Associated Press-ə istinadən bildirir ki, Enn Mira "Alf" serialındakı "Doroti nənə", habelə "Böyük şəhərdə seks" serialında "Mirandanın qayınanası" rolları ilə məşhurdu.
1960-cı illərdə onun əri Cerri Stillerlə komediya dueti ABŞ telekanallarında reytinq rekordları vururdu. 
1990-cı illərdən başlayaraq Enn Mira oğlu Ben Stillerin çəkildiyi filmlərdə epizodik rollarda oynayıb.

Milli.Az