Almaniya Ermənistana optik nişangahlar satıb?

25 May 2015 17:32

"Almaniya məhdud silah ixracı siyasəti aparır".

Bu barədə Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik Dağlıq Qarabağ separatçılarının Almaniyanın "Schmidt & Bender" şirkətinin optik nişangahlarından istifadə etməsi ilə bağlı məsələyə münasibət bildirib: "1992-ci ildə ATƏT Ermənistan və Azərbaycana silah satışına embarqo qoyub. Almaniya adıçəkilən məhsullara lisenziya verməyib".

Milli.Az