Tikintiyə mane olanlar saxlanılıb

22 Fevral 2010 17:39
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsindən Milli.Az xəbər portalına verilən məlumata görə, piketə cəhd edən şəxslər Heydər Əliyev Sarayının arxasında "Qış bağı" salınacaq ərazinin sakinləri olub.

Qanunsuz piketə cəhd etdiyinə və tikintinin işinə mane olduqlarını görə onlardan 4 nəfəri Nəsimi RPİ-nin 21-ci polis bölməsinə aparılıb.

Piketçilərin izahatları alınıb və xəbərdarlıq olunduqdan sonra sərbəst buraxılıblar.

Milli.Az