Günün qoroskopu

31 Yanvar 2011 03:00
Göylərin mənzərəsi

31 yanvar, bazar ertəsi,  XXVII Ay günü,  Günəş - Dolçada,  Ay - Oğlaqda,  Merkuri - Oğlaqda, Venera - Oxatanda,  Mars - Dolçada,  Yupiter - Qoçda,  Saturn - Tərəzidə,  Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

QOÇ - Səhhətinizlə bağlı problem yarana bilər. Sevgi münasibətlərinizdə hələ ki, durğunluq, qarışılıqlı narazılıqdır. Maddi xeyriniz olan işlər görün. İnsanları əsəbiləşdirən məqamlardan qaçın.

BUĞA - Həll olunmamış problemləriniz çoxdur. Onları bir-bir yoluna qoyacaqsınız. Özünüzü  bu gün güclü hiss edəcəksiniz. Əlinizi atdığınız heç bir işdə böyük olmasa da, uğurlarınız olacaq. Ünsiyyətlərinizlə bağlı  isə problem yoxdur.

ƏKİZLƏR - Bu gün hər bir işiniz istədiyiniz kimi yaxşı alınmayacaq. Düşüncəli hərəkət edin. Səhhətinizlə bağlı bir narahatlıq yoxdur. Maddi imkanlarınızı artırmaq üçün ciddi çalışmalısınız. İndi bunun üçün yaxçı şərait yaranıb. Ünsiyyətlərinizi genişləndirin.

XƏRÇƏNG - Yeni işə başlamaq lazımdır - fayda tapacaqsınız. İşlərinizi tələsmədən görün. Səhvlərə yol  verməyin. Maddi durumunuzla bağlı problemlərləri həll etməlisiniz. Səhhətinizlə bağlı ciddi narahatlıq yaranmayacaq.

ŞİR - Səhhətiniz sizi darıxmağa qoymayacaq. Yaxın hesab etdiyiniz adamların problemləri ilə öz işlərinizin tələblərini eyniləşdirməyin. Ciddi məsələləri asanlıqla həll edə bilməyəyəcəksiniz. Heç kəsə söz verməyin.

QIZ - Yarımçıq qoyduğunuz məsələləri həll etməli olacaqsınız. Indi biznes planlarını həyata keçirmək üçün yaxşı şərait yaranıb. İllər uzunu buraxdığınız səhvlərin toplusu sizin üçün maneəyə çevriləcək.

TƏRƏZİ - Nə qədər ürəklə və ciddi çalışsanız da, əldə  etdiyiniz nəticələrinizi qənaətbəxş saymırsınız. Ən adi problemlər belə, gördüyünüz irimiqyaslı fəaliyyətin nəticələrini heçə endirir.

ƏQRƏB - İşgüzarlıq həvəsiniz çoxdur. Ən çətin məsələlərin belə, həllinə girişsəniz, uğurlarınız olacaq. Təkbaşına, heç kəsin yardımı olmadan, böyük maneəni dəf edəcəksiniz. Səhhətinizlə bağlı narahatlıq yaradan məsələ qalmayacaq.
           
OXATAN - Özünüzü soyuğa verdiyinizdən, səhhətinizdən əziyyət çəkəcəksiniz. O qədər də rahat keçməyən bu gündə ən vacib məsələlərin həllinə fikir verin. Sizi sevən adamları özünüzdən incik salmayın.

OĞLAQ - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Maddi imkanlarınızı artıra bilmək şanslarınız çoxdur, onları boş buraxmayın. Günü-gündən ehtiyaclarınız da çoxalır. Tələblərinizin hüdudlarını bilin.

DOLÇA - Səhhətinizlə bağlı problemləriniz azalmır. İmkansızlıq şəraitidir. Cəmiyyətdə yaxşı tanınmaq üçün bir sıra layihələrdən imtina etməlı olacaqsınız. Təmkininizi pozmadan və sezdirmədən uğur qazanmağa çalışın.

BALIQLAR - İşləriniz rahatlıqla alınır. Gün ərzində ən çox işi indi sizə görə görürlər. Biznes planlarını həyata keçirmək indi sizin üçün o qədər də çətin deyil. Çətin işlərinizi yaxın əhatənizi problemlərə qoşmaqla həll edəcəksiniz.

Milli.Az