Ermənilər Ağdam rayonunun işğal altındakı ərazilərində yanğın törədiblər
27 Yanvar 2011 18:45
APA-nın məlumatına görə, alov Kəngərli kəndini əhatə edən boş sahələrdə müşahidə olunur. Həmin istiqamətdə yerləşən cəbhəyanı yaşayış məntəqəsinin sakinləri bildiriblər ki, bu cür yanğınlar əsasən yay aylarında quru otlaq və əkilib becərilməyən sahələrdə olur.
Yanğın işğal altında olan Kəngərli kəndinin əhatəsindəki bir neçə yerdə müşahidə olunub.
Milli.Az