9 futbolçu "Qarabağ"dan ayrıldı

27 Yanvar 2011 18:09
Milli.Az klubun saytına istinadən xəbər verir ki, milli komandaların toplanışı ilə əlaqadər 9 futbolçu komandanın heyətindən ayrılıb. Artıq Antalyada təlim-məşq toplanışına başlayan U-21 millisinə dünən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlı yollanıb. Adıçəkilən futbolçular bu səbəbdən dünən "İliçivets"lə baş tutan yoxlama oyununda çıxış edə bilməyiblər. U-21-ə çağrılmış digər futbolçumuz Qara Qarayev isə dünənki yoxlama oyunundan sonra millinin düşərgəsinə yollanıb.

Daha 5 futbolçu isə Dubayda keçiriləcək əsas millinin təlim-məşq toplanışına yola düşüb. Dünən gecə Maksim Medvedev, Samir Abasov, Rauf Əliyev, Elvin Məmmədov, Vüqar Nadirov BƏƏ-yə yollanıblar.
Nəticədə, "Qarabağ" çempionatın startına qədər 9 əsas futbolçusu olmadan çalışacaq.

Milli.Az