O, Hollivuddakı "Katsuya" restoranına özü getsə də, özü qayıtdığını demək bir qədər çətindir. Cessika Simpson restoranda o qədər alkoqol qəbul edib ki, qapıdan çıxanda yeriməkdə belə çətinlik çəkirmiş. Bir tərəfdən də paparatsilərin fotoaparatlarının flaş-işıqları gözünə düşən və ayağının altını seçə bilməyən aktrisanı nişanlısı Erik Conson çətinliklə aparıb. Cessika Simpson nişanlısının köməkliyi ilə birtəhər maşina minib və ayılmağa gedib...