Avropa Məhkəməsi ötən il ən çox Türkiyəni cərimələyib
27 Yanvar 2011 17:08
Milli.Az xəbər portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu AİHM-in sədri Jan Pol Kosta bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qitənin ən çox cərimələnən ölkələrinin siyahısında Türkiyədən sonra 217 iddia ilə Rusiya, 143 iddia ilə Rumıniya, 109 iddia ilə Ukrayna, 107 şikayətlə Polşa gəlir. Avropa Birliyi ölkələrindən İtaliyaya qarşı qaldırılmış 98 iddia bu və ya digər həcmdə təmin edilib.
Milli.Az