YAP İran televiziyasının anti-Azərbaycan təbliğatını pisləyir

27 Yanvar 2011 15:16
"İranın KİV nümayəndələri öz ölkələrinin İran hökuməti tərəfindən dəfələrlə bəyan edilən rəsmi mövqeyinə qarşı çıxmamalıdır". Trend-in məlumatına görə, bunu jurnalistlərə partiyanın sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan digər ölkələrin daxili işlərinə qarışmır və başqa dövlətləri də buna çağırır: "Biz gələcəkdə də qarşılıqlı hörmət və milli prioritetlər prinsipi əsasında İran ilə çoxtərəfli əlaqələri inkişaf etdirməyə və genişləndirməyə hazırıq".

Əli Əhmədov İranın rəsmi strukturlarını həmin faktları araşdırmağa və bu materialların arxasında hansı qüvvələrin dayandığını aşkarlamağa çağırıb.

Qeyd edək ki, İranın ictimai televiziyasında Azərbaycana qarşı mənfi bəyanatlar verilib, Dağlıq Qarabağ isə müstəqil dövlət kimi təqdim olunub.

Milli.Az