5,7 milyon dollarlıq masa – FOTO

28 Yanvar 2011 15:16
Milli.Az xəbər portalının ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə dünyanın ən bahalı mebeli adını tarixə yazdırıb. Amerikada istehsal olunmuş masa fantastik qiymətə satılıb. 1765-ci ildə istehsal edilmiş masaya düz 5 milyon 682 min dollar ödənilib.
Masanı Con Qoddard adlı usta qızına toy hədiyyəsi kimi düzəldibmiş. O, 2005-ci ildə 940 min dollara satılmışdı.

Milli.Az