Türkiyə vətəndaşı rus qızına görə silahlı soyğuna əl atdı - FOTO

27 Yanvar 2011 13:32
Milli.Az xəbər portalı İnternethaber.com-a istinadən xəbər vkerir ki, Türkmənistanda bir şirkətdə mühasib kimi çalışan Əli K. Yelena ilə tanış olub. Cütlük bir-birinə aşiq olub və birlikdə yaşamağa başlayıb. Lakin Türkiyə vətəndaşının Türkimənistanda işləmək üçün icazəsi ləğv edilib və o, deportasiya olunub. Bundan sonra Əli K. Yelena ilə telefonla danışmağa başlayıb və Adanadakı evinə dəvət edib. Amma qız pulunun olmadığını bildirib və ondan 2000 dollar pul istəyib. Arvadından boşanmaq üzrə olan Əli K. rus sevgilisini gətirməyə pul tapmadığından yanvarın 15-də gecə əmisi oğlu ilə birlikdə növbətçi aptekə basqın edib. Onlar aptekdən 6 min lirə pul və işçilərin 4 cib telefonunu aparıblar.

Aptekdən götürdüyü pulu Yelenaya göndərən və onu Adanada qarşılayan Əli K. pulu qurtardıqdan sonra növbəti soyğuna əl atıb. O, əmisi oğlu ilə birlikdə bu dəfə yanacaqdoldurma məntəqəsinə basqın edib və 600 lirə götürüb. Amma məntəqə işçiləri polisə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Əli və İsmaili həbs ediblər.

Əli K. polisə ifadəsidə soyğunçuluğu rus sevgilisini Türkiyəyə gətirmək üçün etdiyini bildirib.

Milli.Az