Valuyev karyerasını başa vurur - FOTO
27 Yanvar 2011 13:52
Milli.Az xəbər portalının "Sovetskiy sport"a istinadən verdiyi məlumata görə, bunu rusiyalı boksçunun meneceri Vladimir Kuşnir bəyan edib.
"Daha Nikolayı rinqdə görəcəyimizi düşünmürəm. Bunun iki səbəbi var: sağlamlıqla bağlı yaranmış problem və Valuyevin siyasi karyera qurmaq istəyi", - deyə menecer qeyd edib.
Xatırladaq ki, Valuyev son döyüşünü 2009-cu ilin noyabrında keçirib və WBA versiyası üzrə çempionluq titulunu Devid Heyə uduzub.
Milli.Az

