Dünya modasına etalon olacaq birinci ledi – FOTOSESSİYA
27 Yanvar 2011 11:49
Milli.Az xəbər portalı bildirir ki, ABŞ mətbuatı onu dünya modasının etalonu, qəşənglikdə xanım Kennedidən geri qalmayan birinci ledi adlandırır. Mişel Obama hələ əri senator olarkən belə, müxtəlif dəblərə uyğunlaşan, zövqlə geyinən xanım kimi tanınıb. 2009-cu ilin martında isə hətta onun şəkli məşhur "Vogue" jurnalının üz qabığına vurulub. Doğrudur, ABŞ-ın 31-ci prezidenti Qerberat Quverin xanımı Luiza Quverdən başlayaraq, Amerikanın bütün birinci ledilərinin şəkilləri bu jurnalda nəşr olunub. Amma onun üz qabığına yalnız Hillari Klinton və Mişel Obamanın şəkilləri layiq görülüb.
"Vanity Fair" jurnalının versiyasına görə, Mişel Obama 2 dəfə dünyanın ən zövqlü 10 nəfəri arasına düşüb. ABŞ-ın Gənc Dizaynerlər Şurası isə birinci ledini Amerika müasir modasının inkişafına verdiyi töhfələrə görə xüsusi mükafatla təltif edib.
Milli.Az





























