ABŞ və Avropa Misir hökumətini siyasi islahata çağırır
27 Yanvar 2011 09:29
Millm.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, daha iki ölüm halı qeydə alınıb, lakin bunun bilavasitə etirazlarla bağlı olduğu bilinmir.
İğtişaş polisi etirazçıların kütlələrini dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə edib və nümayişçilərlə toqquşub.
Süveyş şəhərində etirazçılar hökumət binasına od vurublar.
Misirin müxtəlif şəhərlərində adamlar təqiblərdən qorxmayaraq etiraz aksiyalarına qoşulublar.
Daxili İşlər Nazirliyi 500-dən artıq adamın həbs edildiyini xəbər verir.
Amerika Birləşmiş Ştatları Misirdə baş verənləri diqqətlə izlədiyini bildirib.
Bu arada ABŞ dövlət katibi Hilari Klinton Misir hakimiyyətini siyasi və iqtisadi islahatları həyata keçirməyə çağırıb.
"Biz bütün tərəfləri təmkinə və zorakılıqdan çəkinməyə çağırırıq, -deyib dövlət katibi, - Biz Misir xalqının ifadə azadlığı, təşkilatlanma və sərbəst toplaşma da daxil olmaqla ümumbəşəri haqlarını dəstəkləyirik. Biz Misir hökumətini dinc nümayişlərə mane olmamağa və social media saytları da daxil olmaqla kommunikasiyaları bağlamamağa çağırırıq. Biz çox güclü şəkildə inanırıq ki, hazırda Misir hökumətinin Misir xalqının legitim ejtiyac və maraqlarının ödənməsi naminə iqtisadi, siyasi və social islahatları həyata keçirmək üçün mühüm bir imkanı var. Birləşmiş Ştatlar bu sahədə irəliləyiş əldə olunması üçün Misir hökuməti və misirlilərlə işləmək üçün hazırdır".
Misirin Daxili İşlər Nazirliyi elan edib ki, hazırda bütün aksiyalar qadağandır və bu qadağana məhəl qoymayanlar təqib olunacaqlar.
Avropa Komissiyasının xarici işlər üzrə sözçüsü Maja Kociyançiç deyib ki, Avropa İttifaqı Misir hökumətinin xalqın siyasi dəyişikliklər istəyinə hörmət etməsini istəyir.
"Həmişə olduğu kimi biz bu hadisələri, yer alan nümayişləri diqqətlə izləyirik, - deyib sözçü, - Biz Tunisdəki hadisələrdən sonra bunlara Misir xalqının əksəriyyətinin böyük istəyinin siqnalı kimi baxırıq. Biz Misir hökumətini Misir vətəndaşlarının öz siyasi istəklərini dinc nümayişlər vasitəsilə ifadə etməsi haqqına hörmət bəsləməyə və onların gündəlik həyatlarını təsirləndirən problemlərin aradan qaldırılması üçün siyasi addımlar atmağa çağırırıq".
Ərəb Ölkələri Liqasının Davosda çıxış edən başçısı Əmr Musa deyib ki, bütün Yaxın Şərqdə siyasi və social islahatlara ehtiyac var:
"Ərəb dünyasının özü daimi hərəkətdədir və ərəb dünyasındakı təlatümün bir çox daxili, regiona və hətta beynəlxalq səbəbləri var. Və mən Şərm-əl_Şeyx sammitində dediyim kimi Ərəb vətəndaşı hirslidir və bexib. Məsələ budur. Oyunun adı islahatlardır", - Musa bildirib.
Milli.Az