"Qəbələ"nin afrikalıları gəldi
26 Yanvar 2011 20:01
"Qəbələ"nin baxışa dəvət etdiyi afrikalı futbolçular komandanın düşərgəsinə gəlib. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, üç "qara qitə" təmsilçisi Antalya toplanışına qatılıb.
Baş məşqçi Toni Adamsın sınaqdan keçirdiyi futbolçulardan ikisi - Arokoyo Qbennqa və Kpakor Kevin Oriman nigeriyalı, biri - Medjo Ntye isə kamerunludu. Müdafiəçi, yarımmüdafiəçi və hücumçu olan bu futbolçular barədə yekun qərar yaxın günlərdə veriləcək.
Milli.Az