Azad Azərbaycan Telekanalında yayımlanan "Öz Aramızda" verilişi bağlanır
Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, bu barədə bu gün veriliş başlayan ilk dəqiqələrdə aparıcı Zaur Baxşəliyev də anons verib. Aparıcı bunları söyləyib: "Bir ildən çox bu verilişi izləyən tamaşaçılarım, bunu sizə hörmətsizlik kimi qəbul etməyin. Bu, mənim yox rəhbərliyin qərarıdır. Bir az sonra nə baş verdiyini sizə açıqlayacam".
Daha sonra aktrisa Fatma Mahmudova da Zaura müraciət edərək deyib: "Sən bu verilişdən getmə, veriliş bağlanmasın..."
Qeyd edək ki, ötən gün verilişin canlı yayımında müğənni Rəqsanənin özündən getməsi sosial şəbəkələrdə və KİV-lərdə səs-küy yaradıb. Müğənni və aparıcının reytinq üçün bu addımı atdıqları müzakirə olundu. Veriliş başlayanda da bu hadisə müzakirə olunub və müğənninin dünən, həqiqətən, vəziyyətinin pis olduğu deyilib.
Milli.Az
Videonları izləmək üçün şəkillərə klikləyin.