Əfqanlar üçün Məclis önəmlidir-
26 Yanvar 2011 21:09
Milli.Az xəğbər portalı TRT-yə istinadən bildirir ki, Türkiyə Əfqanıstanda dünən açılmış Xalq Məclisinin ölkədә sülh və sabitliyin bərqərar olmasında önəmli bir addım olduğunu bildirib.
Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Xalq Məclisinin Əfqanıstan prezidenti Həmid Kərzai tərəfindən açılaraq fəaliyyətə başlaması ümumi anlaşmanın əldə edilməsi də daxil olmaqla bir çox məsələlər üzrə nəticə əldə olunması baxımından ciddi əhəmiyyət daşıyır.
Açıqlamada o da vurğulanır ki, Türkiyə Əfqanıstanda daimi sülh, sabitlik və müstəqilliyin milli birlik və dözümlülük nəticəsində mümkün olacağına inanır, dost əfqan xalqına əlindən gələn yardımı bundan sonra da edəcək.
Milli.Az