Moskva daha bir teraktdan qurtulub: şəhəri SMS xilas edib? - FOTO

26 Yanvar 2011 12:41
Milli.Az xəbər portalı "Moskovskiy Komsomolets"ə istinadən bildirir ki, ötən ilin noyabr ayının əvvəllərində terrorçular Moskvada böyuk partlayış törətmək niyyətində olublar.

Lakin terakt sırf təsadüf nəticəsində baş tutmayıb.

Daha sonra isə Yeni İl gecəsi Manej Meydanında partlayış törətmək nəzədə tutulub. Fəqət, partlayış bir neçə saat əvvəl, Rusiya paytaxtının Kuzminka səmtindəki idman klubunda baş verib.
Versiyalardan birinə görə, bombanın işə düşməsinin səbəbi "canlı bomba" olan qadının mobil telefonuna operator şirkətdən Yeni İl münasibətilə təbrik SMS-i gəlməsi olub.

Nəticədə "canlı bomba" partlayıb, onun yanındakı "köməkçilər" isə hadisə yerindən qaçıblar.
Məhz bu partlayışdan sonra "Domodedovo" beynəlxalq hava limanında terakt planlaşdırılıb.
Dekabrın 31-də partlayışın baş verdiyi məkan Kuzminkadakı idman-atıcı klubunun qonaq evində olub.

"Kommersant" bildirir ki, həmin evi yanvarın 5-də Volqoqrad şəhərində həbs edilmiş 24 yaşlı Zeynəb Suyunova icarəyə götürübmüş.

Milliyətcə kumık olan Suyunova 1986-cı ildə Çeçenistan-İnquş Muxtar Respublikasının Şelkovsk rayonunda doğulub, 1993-cü ildə isə Stavropol diyarına köçüb.

Tural
Milli.Az











Foto: MK