5 uşaq anasının qatili jurnalist imiş - YENİLƏNİB-FOTO

27 Yanvar 2011 13:11
Natiq Çələbiyev ilkin dindirmə zamanı qətl hadisəsini necə törətməsini ağlayaraq danışıb: "Evə girdim, məni görmədi. Sənubər xanıma arxadan boyun nahiyəsindən zərbə vurdum. O, yerə yıxıldı, sonra isə boğdum. Peşmanam, bunu pul üçün etdim".

N.Çələbiyev dindirmə zamanı peşəsinin jurnalist olduğunu deyib və "Qəti söz" ictimai-siyasi qəzetinin müxbiri vəsiqəsini istintaqa təqdim edib. O, yaxalanan zaman cibindən oğurlayaraq satığı qızılların pulundan cəmi 200 manat, 1 qızıl üzük və bir cüt sırğa tapılıb.

------------
10:36

Xırdalanda 5 uşaq anasını qətlə yetirib qızıllarını oğurlayan şəxs tutulub. Abşeron rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qətldə şübhəli bilinən Natiq Çələbiyevi dünən yaxalamaq mümkün olub.

Onun qətli hansı məqsədlə törətməsi barədə məlumat veriləcək. 

--------------
26 yanvar
11:55

Milli.Az xəbər portalı mərhum Sənubər Süleymanzadənin qətli ilə bağlı təfərrüatları əldə edib...

Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Sənubər Süleymanzadə evində tamah məqsədi ilə



Foto Milli.Az