Abituriyent intihar etdi
26 Yanvar 2011 11:13
Gəncə şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Gülüstan qəsəbə sakini, 18 yaşlı Adil Cəfərli özünü asıb. Mərhumun meyiti yanvarın 26-na keçən gecə məktəbin həyətindəki turnikdən asılmış vəziyyətdə aşkarlanıb.
Orta məktəbi ötən il bitirən A.Cəfərli ailə məktəbə daxil olmağa hazırlaşırmış. Belə ki, o, keçən il qəbul imtahanlarından keçə bilmədiyindən, valideynləri ona ali məktəbə hazırlaşmaq üçün müəllim də tutubmuş.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az