Türkiyədə istefada olan generallar həbs edildi!
22 Fevral 2010 15:19
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar arasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sabiq birinci müavini, 1-ci ordunun komandanı olmuş general Erqin Saygün də var. O, Ankara, İstanbul və İzmirdə eyni vaxtda aparılan xüsusi əməliyyat çərçivəsində saxlanılıb.
Əməliyyat nəticəsində Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan admiral Ozgen Ornek, istefada olan daha bir general Engin Ala və 10 polkovnik həbs edilib.
Türkiyə prezidenti Abdullah Gül jurnalistlərə açıqlamasında həbslərlə bağlı sualı cavablandırmaqdan imtina edib.
Milli.Az