ABŞ-da müsəlman ata ər seçimində ona qulaq asmayan qızını öldürdü
25 Yanvar 2011 18:37
Milli.Az xəbər portalının yerli mətbuata istinadən verdiyi məlumata görə, İraqdan miqrant olan Faleh Həsən Almaleki qızını gələcək qayınanası ilə birlikdə görüb və bundan qəzəblənib. Emosiyalarını cilovlaya bilməyən ata "Cip"inə minərək sürət yığıb və hər iki qadını vurub. Onun ciddi xəsarət almış 20 yaşlı qızı 13 gün sonra dünyasını dəyişib.
Məlum olub ki, ata qızını iraqlı tanışına ərə vermək istəyirmiş. Buna etiraz edən qız evdən qaçıb və sonradan özünün bəyəndiyi gənclə görüşməyə başlayıb. Ata bunu "ailə üçün biabırçılıq" sayıb və qızını cəzalandırmaq qərarına gəlib.
Milli.Az