Bu ölkədə insanlar pulları yandırıb isinirlər
25 Yanvar 2011 20:11
Milli.Az xəbər portalı "European"a istinadən bildirir ki, bu ilin əvvəlində avroya keçən Estoniyada tədavüldəki sabiq milli valyutanı evlərdə yanacaq kimi işlədənlərin sayı artır.
Estoniya Mərkəzi Baknının nümayəndəsi Rait Rusve Tallinndə keçirdiyi mətbuat konfransında bildirib ki, avroya keçiddən sonra vətəndaşların köhnə milli valyutanı yanacaq qismində işlətmələri onların da marağına səbəb olub.
"Tədavüldən çıxmış kronları yığıb kəsdik, briketlərə çevirdik və Tallinnin bəzi məhəllərindəki binalarda istiliyi təmin edən qazanxanalarda yanacaq qismində istifadə etmək qərarına gəldik", - Rusve deyib.
Estoniya bu ilin yanvarında avrozonaya keçməklə Şərqi Avropada Slooveniya və Slovakiyadan sonra üçüncü sabiq sosialist ölkəsidir.
Tural
Milli.Az