Misirdə terror aktlarının qarşısı alınıb
25 Yanvar 2011 17:19
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, daxili işlər naziri Həbib əl-Adali onların heç birinin Misir vətəndaşı olmadığını bildirib. Terrorçular Tunis və Liviya vətəndaşlarıdır.
Terror planının "Əl-Qaida"ya məxsus olduğunu deyən əl-Adalinin sözlərinə görə, terrorçular İraq və Mərakeşə də hücumlar planlaşdırırmışlar.
Milli.Az