2 uşağı yetim qoyan məktəbli: "Evdən oğurladığım pula ayaqqabı aldım" - FOTO

25 Yanvar 2011 17:03
Bakıda iki azyaşlı uşaq anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs danışdı. Suraxanı rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, saxlanılan Elvin Heydərov qətli tamah məqsədilə törədib. O, qətli törətdikdən sonra evdən 2 mobil telefon, 70 manat pul və 1 cüt sırğa oğurlayıb.

E.Heydərov oğurladığı əşyaları sataraq özünə ayaqqabı aldığını deyib. O, inandırmağa çaılışıb ki, aldığı təzə ayaqqabıda şəhərdə gəzişdikdən sonra polisə təslim olacaqmış. Ancaq polis onun qətldən əldə etdiyi qənimətə aldığı ayaqqabıda gəzməsinə mane olub. E.Heydərov qısa zamanda tutularaq istintaqa təhvil verilib.

E.Heydərov ilkin dindirmə zamanı Ərkinaz Həsənovanı onun atasının ünvanına təhqiredici sözlər işlətdiyinə görə öldürdüyünü deyərək istintaqı çaşdırmaq istəmişdi.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, E.Heydərov orta məktəbin 11-ci sinif şagirdidir.
 
Anar Məmmədov
Milli.Az

Xəbəri buradan oxu:





Foto Milli.Az