Çox təhlükəli "quş qripi" virusu tapıldı!
25 Yanvar 2011 17:35
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, Yaponiyanın Küsü adasının cənub-şərqində epidemioloqlar "quş qripi"nin yayılmasını aşkarlayıblar. Yaponiya Ordusunun bölgəyə göndərilmiş qüvvələrinə oradakı 410 min toyuğu məhv etmək tapşırılıb.
Hərbçilər xəstə toyuqların leşlərini xüsusi qazılmış xəndəklərə basdırırlar.
Miyazakai prefekturasında aşkarlanmış "quş qripi"ninin çox təhlükəli ştamm olduğu vurğulanır.
Tural
Milli.Az