Dünyanın ən bahalı mehmanxana nömrəsi – FOTO
25 Yanvar 2011 15:03
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, burada Bred Pitt, Corc Kluni, Leonardo di Kaprio kimi məşhurlar qalıb.
İndi bu məşhur mehmanxana yenilənmiş və bərpa edilmiş formada istifadəyə verilməyə hazırlanır. Onun təmirinə nə az, nə çox - düz 33 milyon dollar xərclənib. İndi orada ultralüks penthaus olacaq. Bu, dünyanın ən bahalı mehmanxana nömrələrindən birinə çevriləcək.
Yenilənmiş mehmanxanada qiymətlərin necə olacağı hələ ki bilinmir. Amma həmin nömrədə bir sutka qalmağın ən azı 65 min dollara başa gələcəyi güman edilir.
Milli.Az
