Dünyanın ən iri 50 enerji şirkəti hansılardır?

25 Yanvar 2011 21:13
Milli.Az xəbğər portalı "The Financial Times"ə istinadən bildirir ki, "PFC Energy" şirkəti ənənəvi "Dünyanın 50 ən iri enerji şirkəti" reytinqini açıqlayıb.

Bu il reytinqin lideri dəyişib. Belə ki, reytinqə ABŞ-ın "ExxonMobil" neft-qaz korporasiyası 368,7 milyard dollarlıq kapitallaşma həcmi ilə liderlik edir.
Ötən il lider olmuş "PetroChina" (Çin) korporasiyası isə 303,3 milyard dollarlıq göstərici ilə ikinci yerdədir. Reytinqin 3-cü pilləsində Braziliyanın "Petrobras" (228,9 milyard dollar) 4-cü yerdə isə Hollandiyanın "Royal Dutch Shell"i (207,9 milyard dollar) var.

5-ci pilldədə isə 183,6 milyard dollarlıq kapitallaşma ilə ABŞ-ın "Chevron"u bərqərar olub.
"Chevron" ötənilki reytinqdə 8-ci idi.

BP-nin birja kapitallaşma dəyəri 25 faiz azaldığından Britaniya korporasiyası 7-ci pilləyə düşüb.

Tural
Milli.Az