Microsoft-dan selfi həvəskarlarına

16 Aprel 2015 21:45
Microsoft şirkəti ucuz iki SIM kart dəstəkləyən Lumia 540 smartfonunu təqdim edib.

Microsoft Lumia 540 modeli 1,2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 200 prosessoru ilə təchiz olunub və Windows Phone 8.1 əməliyyat sisteminin idarəetməsi ilə işləyir. İstifadəçilər gələcəkdə aparata Windows 10 platformasını quraşdıra biləcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 1 və 8 QB təşkil edir. Bundan başqa, məzmunu microSD yaddaş kartında və OneDrive bulud xidmətində yadda saxlamaq.

Aparat IPS matrisli 5 düymlük HD təsvir ölçülü ekran və iki kamera (avtofokus və işıqlandırıcıya malik 8 meqapiksellik əsas kamera, həmçinin 5 meqapiksellik ön kamera) ilə təchiz edilib.

Qurğunun fiziki ölçüləri 144x73,69x9,35 mm, çəkisi 152 qramdır. Akkumulyator batareyasının tutumu 2200 milliamper/saat təşkil edir. Danışıq rejimində avtonom iş vaxtı 26 saatdır. Qurğu eyni zamanda iki SIM kartın quraşdırılmasını dəstəkləyir.

Microsoft Lumia 540 modelinin satışı 2015-ci ilin mayına nəzərdə tutulub. Smartfonun dəyəri təxminən 150 dollar olacaq.

Milli.Az