Aleksey Vlasov: “Rusiya və Moskva terror təhlükəsi altındadır”
25 Yanvar 2011 12:24
Bunu Trend-ə "Vestnik Kavkaza" Analitik İnformasiya Mərkəzinin baş redaktoru Aleksey Vlasov deyib. "Bu faciəvi hadisələrin iki mənası var. Birincisi, bu, görünür, bu cür strateji əhəmiyyətli məkan olan hava limanının təhlükədə olması barədə öz kanalları vasitəsilə məlumat almağa macal tapmayan xüsusi xidmət orqanlarının kifayət qədər məlumatlı olmamasıdır. İkincisi, bu, təəssüflər olsun ki, sona qədər tədqiq olunmamış terrorçuluğun xüsusiyyətidir", - deyə o bildirib.
Aleksey Vlasovun sözlərinə görə, Şimali Qafqazda kütləvi gərginlik ocaqları yox olub, Çeçenistanda sakitlikdir, lakin yenə də bombalar partladılır və insanlar həlak olur: "Deməli, daxildə və yaxud sistem xaricində hələ qorxu yaradan və günahsız insanların ölümünə səbəb olan amillər var. Nəinki xüsusi xidmətin tərkib koordinasiyasını gücləndirmək, eləcə də aydın ictimai reaksiya lazımdır. Məhz belə faciəvi anlarda Rusiya xalqı ümumi təhlükə qarşısında öz həmrəyliyini göstərməyə borcludur".
Milli.Az