Azərbaycanda dizenteriya, quduzluq və vərəm xəstələrinin sayı artıb

25 Yanvar 2011 11:23
Ölkə əhalisinin hər 10 min nəfərinə 37 həkim və 71 orta tibb işçisi düşüb. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, yoluxucu və parazitar, həzm orqanlarının və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edib. Ötən ilin yanvar-noyabr aylarında ölkədə epidemik parotit ilə xəstələnənlərin sayı - 47%, viruslu hepatit ilə - 35%, sifilis ilə xəstələnənlərin sayı isə 23% azalıb, difteriya, qızılca, anadangəlmə məxmərək və yeni doğulmuşlarda tetanus xəstəlikləri qeydə alınmayıb. Bununla belə, göyöskürək, bakterial dizenteriya, quduzluq və tənəffüs orqanlarının vərəmi ilə xəstələnənlərin sayı bir qədər artıb.

Milli.Az