ABŞ yaxın günlərdə Belarusa sanksiyalar tətbiq edə bilər

24 Yanvar 2011 18:55
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibinin köməkçisi Tomas Melia sanksiyaların tətbiqinin yaxın günlərdə açıqlana biləcəyini söyləyib.
"Biz fəaliyyətimizi Avropa Birliyi ilə kordinasiya edirik. Avropa Birliyi ilə birlikdə yanvarın 31-də sanksiyaların tətbiqini elan edə bilərik", - deyə Melia qeyd edib.

Milli.Az