Google.com saytında Dağlıq Qarabağdakı bəzi yaşayış məntəqələrinin adları erməni dilində göstərilib
24 Yanvar 2011 18:38
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, xəritədə ölkələrin, şəhərlərin, obyektlərin adları latın hərfləri ilə göstərilib. Amma başqa əlifbalardan istifadə edən dövlətlərə aid olan məlumatlar latın qrafikası ilə yanaşı, həm də milli əlifba ilə qeyd edilib. Təəssüf ki, Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsindəki bəzi şəhər, qəsəbə və kəndlərin adları latın hərfləri ilə yanaşı, həm də erməni əlifbası ilə göstərilib.
AzərTAc dövlət agentliyinin yaydığı bəyanatda bildirilir ki, bu, ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasına münasibətdə yolverilməz haldır. Azərbaycanın dövlət agentliyi Google.com-a qəti etirazını bildirir və səhvin dərhal düzəldilməsini tələb edir.
Milli.Az