"Domodedovo"da partlayış: 35 ölü, 180 yaralı - YENİLƏNİR-VİDEO-FOTO
25 Yanvar 2011 17:46
Milli.Az xəbər portalı bildirir ki, Rusiyanın "Life News" portalı "Domodedovo" beynəlxalq hava limanındakı partlayış yerində "canlı bomba"nın bədəninin bir fraqmentinin, daha doğrusu, kəsik başının fotoşəklini açıqlayıb.
Ekspertlərin dediklərinə görə, qopmuş baş bombanın terrorçunun bədəninə bərkidildiyini göstərir.
Bununla bahəm, partladıcı qurğunun çantada olduğu da vurğulanır.
Lakin o da deyilir ki, partladıcı qurğu "canlı bomba" olan qadının çantasında partlayıb. Şəkildəki baş isə həmin qadının yanındakı adamın, "canlı bomba" ilə əlbir olan şəxsin kəlləsidir.
"Domodedovo" beynəlxalq hava limanında baş vermiş terror aktı ilə bağlı yanvarın 26-sı Rusiyada teraktda həlak olanların xatirəsinə matəm elan edilib.
Milli.Az xəbər portalı "İnterfaks"a istinadən bildirir ki, Rusiya prezidenti Dmitri Medvedyev nəqliyyatda təhlükəsizliyə cavabdeh olan məmurların işdən çıxarılmasını tələb edib. O, terror partlayışının təşkilatçılarının aşkarlanacağını və cəzalandırılacağını deyib.
----
16.01
Moskvanın "Domodedovo" aeroportunda baş verən faciəvi hadisəylə əlaqədar olaraq Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında sərnişin və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər daha da gücləndirilib. Bu barədə 






Foto: Agence France-Presse, Getty Images, Vesti







Foto: LifeNews




















Foto: LifeNews