Milli.Az xəbər portalı "İhlas" agentliyinə istinadən xəbər verir ki, mobil telefonunun videosunu açıq qoyan gənc İstanbulun "Bayrampaşa" metro stansiyasına yaxın bir yerdə relslərin üstünə uzanıb. Həyatı və yaşamağı çox sevdiyini deyən gəncin həyəcanı metro qatarının yaxınlaşması ilə qorxuya çevrilib. Bir andaca sürətlə gələn qatarın altında qalan oğlanın kiçik bir diqqətsizliyi faciə ilə nəticələnə bilərdi. O gözlərini yumub və qatar üstündən keçənədək başını yerdən qaldırmayıb...
Çılğın gənc dəyişiklik olsun deyə, bu yola əl atdığını bildirib: "Həyatın monotonluğundan darıxdım. Bir də bunu edərəmmi, bilmirəm. Amma bu dəfə metro qatarının üstündə bir neçə stansiya getməyi sınamaq istəyirəm. Qatar yaxınlaşanda relslər tərpənirdi. Böyük bir qorxu keçirdim həmin an. Bir ara fikrimdən dönmək istədim. Amma çox gec idi. Gözlərimi yumdum və qatarın üstümdən keçib getməsini gözlədim".