“Neftçi” “Arsenal”la qarşılaşacaq
24 Yanvar 2011 15:06
Milli.Az xəbər portalı klubun internet saytına istinadən xəbər verir ki, "Neftçi" sabah səhər saatlarında Bakı-İstanbul-Antalya təyyarə reysi ilə yola düşəcək. "Mardan" İdman Kompleksində məskunlaşacaq komanda toplanış çərçivəsində Çernoqoriyanın "Rudar", Ukraynanın "Arsenal", Avstriyanın "Şturm" və Bosniya və Herseqovinanın "Çelik" klubları ilə qarşılaşacaq.
"Neftçi"nin Antalyada təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək.
Milli.Az