Ötən il partlayış və yanğınlarda 59 nəfər dünyasını dəyişib

24 Yanvar 2011 12:46
Milli.Az nazirliyin saytına istinadən xəbər verir ki, ötən ilin son üç ayında ölkədə 26 partlayış hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 43 nəfər xəsarət alıb. Hadisələrdən 9-u fərdi yaşayış evlərində, 11-i çoxmənzilli yaşayış binalarında qeydə alınıb.

Hesabat dövründə 6989 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 54 nəfər ölüb, 117 nəfər xəsarət alıb, 17 nəfər isə xilas edilib.

FHN xilasetmə qrupu ötən il ümumilikdə 560 hadisə yerində qəza xilasetmə əməliyyatları həyata keçirib. Həmin əməliyyatlarda 657 nəfər xilas edilib, 42 nəfər isə həyatını itirib.

Anar Məmmədov
Milli.Az