Məşhur müğənni intim həyatı haqda – FOTO

24 Yanvar 2011 12:40
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, ərinin onunla yatağa girən ilk kişi olduğunu söyləyib.
"Bəlkə də çoxları bundan təəccüblənəcək, amma bu, belədir. Mənim bu işdə təcrübəm yoxdur", - deyə Beyons bildirib: "12-13 yaşım olanda ilk sevgilim var idi. 17 yaşımadək onunla davam etmişəm. Yaşıdlarımla müqayisədə bu, xeyli böyük zaman idi. Amma o vaxt əsl sevgilimin olması üçün yaşım çox az idi. Biz onunla birgə yaşamırdıq... aramızda... heç nə olmamışdı".
Beyons bildirib ki, ərə gedənədək bir neçə oğlanla görüşüb. Amma onların arasında sadəcə, platonik sevgi olub.

Milli.Az