Budapeştdə tələbələrə bozbaş qonaqlığı verilib - FOTO
24 Yanvar 2011 12:08
Universitetin tələbəsi Rəşad Mehvalıyevin Milli.Az xəbər portalına vediyi məlumata görə, 30-a yaxın ölkənin qatıldığı bu festvalda həftə boyunca universitetin əsas foyesində nümayiş etdirilən fotolardan ibarət stenddə Azərbaycan yeməklərinin, rəqslərinin və paytaxtımızın fotoları yerləşdirilib. Həftə sonu universitetin yataqxanasında yeməkxanada bozbaş, toyuq ləvəngisi və şirin plov verilib. Günün nəticələrinə əsasən ən çox sifariş olunan yeməklərin arasında birinci yerdə bozbaş, üçüncü yerdə isə toyuq ləvəngisi olub. Bundan əlavə yeməkxanada səsləndirilən musiqilər arasında Azərbaycan xalq mahnıları, muğamlar və müasir estradamızdan musiqilər də yer alıb.
Tədbirin əsas hissəsi olan mədəniyyətlərin təqdimat mərasimində Azərbaycan üçün xüsusi olaraq ayrılmış stenddə mədəniyyətimizi əks etdirən fotolar, stolda isə Azərbaycana aid açıqcalar, dolma, şəkərbura, paxlava, Azərbaycan çayı, mürəbbələr, nar, limon, suvenir, çərəz, kələğayı və digər milli atributlarımız iştirakçılara təqdim olunub. Azərbaycanlı iştirakçıların milli geyimdə olması xüsusi diqqət çəkib. Bundan əlavə, səhnədə Azərbaycana aid təqdimatın nümayiş etdirilməsi, zəngin tariximizi və mədəniyyətimizi əks etdirən faktların tamaşaçıların nəzərinə çatdırılması, "Yüz bir" rəqsi və "Reyhan" musiqisi isti alqışlarla qarşılanıb.
Milli.Az





