Bir neçə istiqamətdə atəşkəs pozulub

24 Yanvar 2011 11:32
Bu barədə məlumat Milli.Az xəbər portalına Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 23-də saat 13.00-dan 13.35-dək və saat 14.35-dən 14.40-dək Ermənistan Respublikasının Icevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərindən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17.10-dan 17.15-dək Ermənistan Respublikasının Icevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərindən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 18.10-dan 18.15-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 19.10-dan 19.15-dək, 20.40-dan 20.50-dək, 22.20-dən 22.25-dək Ermənistan Respublikasının Icevan rayonunun Ayqovit, Azatamut və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Cəfərli və Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Milli.Az