Şirməmməd Hüseynov əməliyyat olunub
24 Yanvar 2011 10:57
Bu barədə məlumatı "Yeni Müsavat" qəzeti yayıb. Qəzetə açıqlama verən Şirməmməd Hüseynovun sözlərinə görə, Mərkəzi Klinik Xəstəxanada bir həftədir müalicə olunur və artıq bu gün həkimlər onu evə buraxacaqlar.
Xəstəxanada olmasına baxmayaraq, professorun ürəyi araşdırmalarının yanındadır. Dediyinə görə, artıq böyük öndər Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin üçüncü cildinin 80 faizi çapa hazırdır: "Artıq Məhəmməd Əmin Rəsulzadənin 1915-16-cı ildə "İqbal", "Yeni İqbal", "Açıq söz" qəzetlərində çap olunan 193 məqaləsini ərəbcədən bizim əlifbaya çevirmişəm. Bəzi qeydlərə təktrar baxandan sonra kitab tam hazır olacaq".
Milli.Az