Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul olmaq istəyənlərə xəbərdarlıq

13 May 2015 17:20

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün aparılan ərizə qəbulu sabah başa çatır.

Komissiyadan Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər (ünvan: Yasamal Rayonu, Mikayıl Müşviq küçəsi, 1 m).

Qeydiyyat 14 may saat 17:00-da başa çatacaq.

Bu gün saat 16:00-a olan məlumata görə, müsabiqədə iştirak etmək üçün ayrılmış 3 plan yerinə 4 nəfər müraciət edib.

Qeyd edək ki, müsabiqə barədə daha ətraflı məlumat http://tqdk.gov.az/news/bachelor/1292/ linkində təqdim olunub.

Milli.Az